“Bu gün “Neftçi” PFK-nın baş icraçı direktoru vəzifəsində sonuncu günümdür”.

Offsideplus.az xəbər verir ki, bunu “Neftçi”nin başa icraçı direktoru Fərrux Mahmudov deyib.

O bildirib ki, klub ilə qarşılıqlı razılıq əsasında yollarını ayırır: “Bu şərəfli, eyni zamanda məsuliyyətli yolun bir parçası olmaqdan qürur duyuram.

Bu müddət ərzində qarşıya qoyulan məqsədlərin hamısını reallaşdıra bilməsək də, əsaslı və perspektivli işlərə imza atdıq. Göz qabağında olmayan bu işlərlə böyük bir dövrün, böyük bir dəyişikliyin təməlini qoyduq.
Hər kəsə - komanda yoldaşlarıma, futbolçulara, həmkarlara, azarkeşlərə təşəkkürümü bildirir, “Neftçi”yə uğurlar, layiq olduğu yerlər və parlaq nailiyyətlər arzu edirəm.